Nuray Consulting

Ünvan

Quba şəhəri, Heydər Əliyev pr. "İlqaroğlu" Biznes Mərkəzi

Email

office@nurayconsulting.az

Əlaqə vasitəsi

(+994) 50 350-77-44

(+994) 55 588-33-33

İnvestisya Layihələri (Biznes Plan xidmətləri)

Image

Hörmətli Sahibkar!

Biz “Nuray Consulting” MMC olaraq Sizlər üçün Sahibkarlığın İnkişafı Fonduna, İstənilən Kommersiya Banklarına, Xarici İnvestorlara (onların istəkləri üzrə), KOBİA və ya Startap Şəhadətnaməsinin əldə edilməsi üçün Qanunla icazə verilən istənilən biznes sahəsi üzrə İnvestisya Layihəsi (Biznes Plan) hazırlanması xidmətini təklif edirik.

İlk olaraq İnvestisiya layihəsinin (Pizness Plan) hazırlanması üçün bizi seçərək əməkdaşlıq etmək qərarı qəbul etdiyiniz üçün Sizə təşəkkür edir və birgə qarşılıqlı iş nəticəsində, 10 ildən yuxarı təcrübəyə malik peşəkarlardan ibarət komandamız tərəfindən Sizin bütün fəaliyyətlərnizi özündə əks etdirən mükəmməl bir sənədin ortaya qoyulmasında lazımı dəstəyin göstərilməsinə hazır oldugumuzu bildiririk.

İnvestisiya layihəsinin mükəmməl və əhatəli olması Sizin öz fəaliyyətləriniz və gələcək planlarınız barədə təqdim stdiyiniz məlumatların dolğunluğundan və keyfiyyətindən asılıdır.

Belə ki, bizim fəaliyyətimiz və təhlillərimiz Sizin təqdim etdiyiniz məlumatlar üzərində qurulur.

Biznes planin hazirlanması ilə baglı ilkin statistik məlumatlara dair cədvəllər EXCEL formatında kitab şəklində Sizə təqdim edilir və aidiyyatı üzrə bəndlərin doldurulması tələb edilir(doldurulma qaydası hər sənədin aşağı hissəsində göstərilmişdir).

Bununla bərabər məlumatların sinxronlaşdırılması və uyğunlaşdırılması baxımından müvafiq müvəkkil bank (kredit təşkilatı) tərəfindən aparılan təhlillərində təqdim edilməsi arzu olunandı. Bu məlumatları Bankın mütəxəssisindən əldə edə bilərsiz . Belə ki, müəssisənin fəaliyyət tarixi, mövcud və cəlb edilməsi planlaşdırılan işçi heyyəti, aparılması planlaşdırılan əsas və dövriyyə vəsaitləri, kreditin güzəşt və qaytarilma müddətləri, faiz dərəcələri və sair ilkin zəruri məlumatlar məhs həmin təhlildə öz əksini tapır.

İnvestisiya layihəsinin strukturu aşağıdakı kimi olacaqdır:

- Titul vərəqi;

- Mündəricat;

- İnvestisiya layihəsinin xülasəsi;

- Sahibkarlıq subyekti haqqında məlumat;

- Təşkilatı Plan (istehsalı nəzərdə tutulan məhsulların xarakterisrikaları);

- Marketing planı (satış bazarının xarakteristikaları);

- Maliyyə planı;

- Risklərin qiymətləndirilməsi;

- Son 3 ilin gəlir və xərcləri barədə məlumatları özündə əks etdirən CƏDVƏL;

- Əməliyyat xərcləri barədə məlumatları özündə əks etdirən CƏDVƏL;

- Məhsulların istehsal və satış həcmi barədə məlumatları özündə əks etdirən CƏDVƏL;

- Mənfəət və zərər barədə məlumatları özündə əks etdirən CƏDVƏL;

- Pul vəsaitlərinin dövriyyəsinin proqnozlaşdırması barədə məlumatları özündə əks etdirən CƏDVƏL ;

- Kreditin qaytarılması barədə məlumatları özündə əks etdirən CƏDVƏL;

Layihənin hazırlanma prossesində zəruri digər məlumatlar tələb ediləcəkdir.

Bizness plan tamamlandiqdan sonra çatışmazlıq və uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə tanış olmaq üçün Sizə təqdim ediləcəkdir. Hər hansı bir irad və təklifiniz olduğu təqdirdə müvafiq düzəlişlər edilərək layihənin son versiyası PDF formatında Sifarişçiyə (Sizə) təqdim olunur.

Tatiflər (xidmət haqqı) və ödəmə qaydaları:

İnvestisiya layihəsinin hazırlanması dəyəri razılaşma əsasında təyin edilir.

Razılaşdırılmış qiymətin 70% avans olaraq sifariş verildikdə təqdim edəcəyimiz hesaba köçürüləcək, qalan 30% isə layihənin son variantı (Sizin tərəfinizdən tanış olunaraq təsdiq edildikdən sonra) təqdim edilməzdən əvvəl köçürüləcəkdir.