“Nuray Consalting” MMC işəgötürən və işçi arasında əmək münasibətlərinin normal şəkildə tənzimlənməsi, onlar arasında müqavilələrin bağlanması və müqavilə şərtlərinin Azərbaycan Respublikasında 01 fevral 1999-cu il tarixində qəbul edilmiş və 01 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Əmək Məcəlləsinə və ona edilmiş düzəlişlərə uyğun tərtib edilməsi, işçi ilə işəgötürən arasında gələcəkdə yarana biləcək anlaşılmamazlıqların, problemlərin öncədən qarşısının alınması üzrə tövsiyələrin verilməsi, bütün sənədləşmə işlərinin qanunvericiliyin normalarına uyğun hazırlanması, işçilərin icbari və digər şəkildə sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və digər məsələlər üzrə xidmətlərini təklif edir.
“Nuray Consulting” MMC fəaliyyət profilinizə uyğun olaraq, müəssisə daxili intizam qaydalarını işləyib hazırlamaqda, bu qaydaların pozulmasına görə intizam məsuliyyətinin müəyyən edilməsində, işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti məsələlərinin müəyyənləşməsində, bir tərəfin digər tərəfə vurduğu ziyana görə maddi məsuliyyətin həcminin müəyyən edilməsində, həmçinin əməyin mühafizəsi məsələsində öz dəstəyini sizlərdən əsirgəməyəcəkdir.
Biz yaranmış mübahisələrin danışıqlar yolu ilə, hüquqi təlimatlar keçməklə həllinə cəhd edəcəyik. Danışıqlar yolu ilə tənzimlənə bilməyən mübahisələrin həlli isə, təbii ki səlahiyyətli orqanların müdaxiləsi ilə həll oluna bilər. Bu zaman “Nuray Consulting” MMC olaraq, maraq və mənafeyinizi məhkəmələrdə təmsilçilik missiyasını da yerinə yetirə bilərik.
Bu kimi hüquqi işlərin həm ağır, həm də müəyyən hüquqi biliklər tələb etdiyini nəzərə alaraq, sizə peşəkar hüquqşünaslardan ibarət “Nuray Consulting” MMC-yə müraciət etməyi tövsiyə edirik.