Nuray Consulting

Ünvan

Quba şəhəri, Heydər Əliyev pr. "İlqaroğlu" Biznes Mərkəzi

Email

office@nurayconsulting.az

Əlaqə vasitəsi

(+994) 50 350-77-44

(+994) 55 588-33-33

Korporativ hüquq

Image

Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!

Korporativ hüquq dedikdə, kommersiya hüquqi şəxslərin təsis olunması və fəaliyyəti ilə əlaqədar yaranmış münasibətləri nizamlayan və mülki hüququn sahəsi hesab olunan hüquqi normaların məcmusu başa düşülür.

Korporativ hüququn predmetinə korporativ hüquq münasibətləri daxildir. Hazırkı bölmədə sizə şirkətlərin, sahibkarlıq subyektlərinin yaradılması və fəaliyyəti ilə bağlı məlumatlar veriləcəkdir.

Korporativ hüquq

“Nuray Consulting” MMC bütün növ müəssisələrin, şirkətlərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin qeydiyyatını həyata keçirir.

Dünyanın bir çox ölkəsində qeydiyyatdan keçmiş şirkətlərin və ya müəssisələrin Azərbaycan Respublikasında törəmə cəmiyyətlərini, filial və nümayəndəliklərinin açılması və onlara hüquqi xidmətləri göstəririk.

Təsis müqavilələrinin, nizamnamələrin, əsasnamələrin tərtib edilməsi, ərizə və nümunələrin yazılması, möhürlərin hazırlanması, qeydiyyat orqanlarına müraciətin edilməlməsi xidmətləri də “Nuray Consulting” MMC tərəfindən yüksək səviyyədə həyata keçirilir. İşləri əvvəldən axıradək həyata keçirib tam paket sənədləri sizə təqdim edirik. Əvvəllər təsis edilmiş hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi, fəaliyyətinin dayandırılması, qeydiyyatının ləğvi məsələlərini həyata keçiririk.

Bundan başqa, Azərbaycan Respublikası ərazisində məhdud məsuliyyəti cəmiyyətləri, açıq və qapalı səhmdar cəmiyyətləri təsis etmək, onlarda dəyişiklik etmək, fəaliyyətini dayandırmaq, ləğv etmək, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olan fiziki şəxslərin qeydiyyatı işlərini (VÖEN, Pin kodun alınması, biznes-planların tərtib edilməsi) həyata keçirmək “Nuray Consulting” MMC-nin xidmətlərinin əsasını təşkil edir.

Sizin maraqlarlarınıza öz marağı kimi yanaşan “Nuray Consulting” MMC-yə müraciət etməklə, dəyərli vaxtınızı, əlavə xərclərinizi, əsəblərinizi və enerjinizi qoruyacaqsınız!